XƏBƏRLƏR

Gürcüstan keçən il Azərbaycandan 726 milyon kilovat/saat elektrik enerjisi alıb

FEVRAL 14, 2021

Gürcüstan 2020-ci ildə 64,5 milyon dollar dəyərində 1,6 milyard kilovat/saat elektrik enerjisi idxal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Operatoru (ESKO) məlumat yayıb. Bildirilir ki, Gürcüstan il ərzində elektrik enerjisini ən çox Azərbaycandan alıb. Ötən il Azərbaycandan Gürcüstana 726 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub. Bu da Gürcüstanın elektrik enerjisi idxalının 45 faizini təşkil edib.

Ümumiyyətlə Gürcüstan keçən il Azərbaycan, Rusiya və Türkiyədən elektrik enerjisi alıb. Gürcüstan Rusiyadan 570,6 milyon kilovat/saat, Türkiyədən isə 313,1 milyon kilovat/saat elektrik enerjisi idxal edib.

https://azertag.az/xeber/Gurcustan_kechen_il_Azerbaycandan_726_milyon_kilovat_saat_elektrik_enerjisi_alib-1711647