XƏBƏRLƏR

Yanvarda AERA-ya 547 vətəndaş müraciət edib

FEVRAL 14, 2021

Yanvar ayında istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı bilavasitə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) və Energetika Nazirliyindən 547 müraciət daxil olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ay ərzində elektrik enerjisi təchizatı ilə bağlı 313, təbii qaz təchizatı üzrə 149 müraciət vətəndaş müraciəti daxil olub. Üç vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub, 82 müraciət digər məsələləri əhatə edib.

547 müraciətdən 205-i agentlik tərəfindən araşdırılaraq cavablandırılıb (1 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra edilib, 294 müraciət hazırda baxılma prosesindədir, 36 müraciət məlumat xarakterli olub. 12 müraciət qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

https://azertag.az/xeber/Yanvarda_Enerji_Meselelerini_Tenzimleme_Agentliyine_547_vetendas_muraciet_edib-1710531