XƏBƏRLƏR

Azərbaycan və Türkiyə arasında ticarət əlaqələri genişləndirilir

FEVRAL 16, 2021

İqtiadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) dəstəyi ilə “Bir məhsul, iki bazar: Azərbaycan-Türkiyə qarşılıqlı kooperasiya və ticarət imkanlarının genişləndirilməsi” mövzusunda onlayn forum keçirilib.

Forumda hər iki ölkənin KOB-larının iştirakı ilə məhsulların birgə istehsalı, qarşılıqlı satış imkanlarının genişləndirilməsi və KOB-lar arasında kooperasiya üçün geniş imkanların olduğunu, KOBİA və KOSGEB-in bu istiqamətdə KOB subyektlərinə dəstək ola biləcəyi vurğulanıb. Qeyd olunub ki, ölkələrimizin coğrafi mövqeyi və fərqli bazarlarda üstünlükləri bu kooperasiyanı həm də üçüncü bazarlara ixrac üçün səmərəli edə bilər. KOSGEB rəhbəri Hasan Basri Kurt çıxışında Türkiyənin ticarət əlaqələri və ixrac potensialı barədə məlumat verib, bu sahədə KOB-lara göstərilən dəstək və əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbayanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev təmsil etdikləri qurumların fəaliyyəti barədə danışıb və əməkdaşlıq perspektivləri üzrə təkliflər irəli sürüblər.

https://report.az/biznes-xeberleri/azerbaycan-ve-turkiye-arasinda-ticaret-elaqeleri-genislendirilir/