XƏBƏRLƏR

“Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq”

FEVRAL 27, 2021

“Azad edilmiş torpaqlarda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün suvarma işləri sürətlə getməlidir. Bu barədə artıq danışıldı”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib ki, ən müasir suvarma sistemləri təşkil edilməlidir:.”Nəzərə alsaq ki, su mənbələri də kifayət qədər çoxdur”.

“Enerji təchizatı ilə bağlı artıq burada məruzə edildi, bütün göstərişlər verildi. Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.