XƏBƏRLƏR

Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisinə büdcə ayrılıb.

FEVRAL 27, 2021

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Konfransda İranın Mehr agentliyinin jurnalistinin sualına cavab olaraq bildirilib ki, Azərbaycan-İran əməkdaşlığı çox yaxşı səviyyədədir. Müharibədən sonrakı dövr yeni imkanlar yaradır. Bilirəm ki, İran şirkətləri dağıdılmış ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar. Azərbaycandan olan yüksəksəviyyəli nümayəndə heyəti İranda səfərdə olmuşdur. Burada əməkdaşlığımızla bağlı vacib məsələlər, o cümlədən Xudafərin su anbarının birgə istifadəsi də müzakirə edilib. Biz artıq elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılığa gəlmişik. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb. Ümumi istehsal gücü 280 meqavat olacaq və bu həcm iki ölkə arasında bölüşdürüləcək.

https://president.az/articles/50738