XƏBƏRLƏR

Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı 17% artıb

MART 04, 2021

Bu ilin yanvar-fevral aylarında Gürcüstan 827,8 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, idxalın 299,7 milyon kilovatt/saatı və yaxud 36,2%-i Azərbaycanın payına düşüb. İllik müqayisədə həcm 16,7% artıb.

Son 2 ayda Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü 521 milyon kilovatt/saatla Rusiya olub.

https://report.az/energetika/gurcustanin-azerbaycandan-elektrik-enerjisi-idxali-17-artib/  

ELECTRICITY MARKET OPERATOR,   AzERENERJİ