XƏBƏRLƏR

Konqo Prezidenti Qaradağ Günəş Elektrik Stansiyasında olub

APREL 05, 2024

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycanın enerji sistemi ilə tanışlığı çərçivəsində 230 MVt gücündə olan Qaradağ Günəş Elektrik Stansiyasında oldu.

Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb. 

"Prezidentə Xəzər və MDB regionunun bu ilk ən böyük günəş elektrik stansiyası, həmçinin, "Masdar" şirkəti ilə birgə reallaşdırılan digər meqa layihələr və ölkəmizin "yaşıl enerji" kursu barədə ətraflı məlumat verildi. Bərpa olunan enerji sahəsində təcrübə mübadiləsi üzrə əməkdaşlıq müzakirə edildi", - nazir qeyd edib.

https://az.trend.az/business/green-economy/3882364.html