XƏBƏRLƏR

Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqlənib

APREL 29, 2024

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edib. Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamının icrası ilə əlaqədar  2024-cü il 29 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi” təsdiq edilsin.

https://president.az/az/articles/view/65662