RƏYLƏR

Ətraf mühit resurslarının idarə olunması

Mən hüquqi konsaltinq sahəsində geniş çeşiddə xidmətləri peşəkar şəkildə icra edən əsas ekspertlərdən biri olan ACE Consultants Ltd. şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra “Şirkət” adlandırılacaqdır) ilə bağlı tövsiyəmi ifadə etmək istərdim.

Bu şirkətdən Azərbaycanda fəaliyyət göstərən ərazilər üzrə kimyəvi maddələrlə bağlı tənzimləyici tələbləri müəyyən edən tənzimləyici reyestr hazırlanması istənilmişdir. Şirkətin göstərdiyi xidmətlərin keyfiyyətinə görə minnətdarlığımızı bildirmək istərdik.

Müvafiq reyestr tələblərimizə tam uyğun şəkildə, razılaşdırılmış müddət ərzində hazırlanaraq təqdim olunmuşdur.

Yuxarıda dediklərimi ümumiləşdirərək qeyd etmək istərdim ki, Azərbaycanla bağlı layihələr çərçivəsində əməkdaşlığımızı mütləq davam etdirəcəyik.

Karolin Hammer
Baş Məsləhətçi
ERM, Birləşmiş Krallıq

 

Ekoenerji

Biz 2013-cü ilin sentyabr ayından etibarən “ACE Group Consultants” MMC ilə əməkdaşlıq edirik. Şirkət, müqaviləyə yenidən baxılması və hazırlanması, şirkət sənədlərinin hüquqi auditi və s. daxil olmaqla müəssisəmizin xüsusiyyətləri nəzərə alaraq verilən bütün tapşırıqları uğurla yerinə yetirdi.

2014-cü ilin yanvar ayından bəri biz bu şirkətlə “Təmiz Şəhər” ASC tərəfindən başladılmış “İstehsalçıların genişləndirilmiş məsuliyyəti” layihəsi çərçivəsində əməkdaşlıq edirik.

Birgə əməkdaşlığımız çərçivəsində “ACE Group Consultants” MMC özünün təcrübəli ekspertlərinin yüksək keyfiyyətli işi sayəsində peşəkar, etibarlı və səmərəli şirkət kimi ciddi mövqe qazanmışdır. Şirkətin əməkdaşları hər bir incəliyə həssas yanaşır və keyfiyyətə xüsusi diqqət yetirir. Şirkətin göstərdiyi xidmətlərin nəticələrindən və peşəkarlıq səviyyəsindən çox məmnunuq.

Yuxarıda sadaladıqlarımı göz önündə tutaraq hüquqi konsaltinq axtarışında olan hər bir kəsə onları məmnuniyyətlə tövsiyə edir və onlarla yenidən işləməyi səbirsizliklə gözləyirəm.

Çingiz Orucov, Direktor
Ekoenerji

 

“Təmiz Şəhər” ASC

“ACE Group Consultants” MMC “İstehsalçıların Genişləndirilmiş Məsuliyyəti (IGM)” layihəsi üçün sentyabr 2013-mart 2014-cü ili əhatə edən müddətdə xidmətlər göstərmişdir. Layihə müvəffəqiyyətlə başa çatdırılmışdır.

Yerinə yetirilmiş işlərə Aİ-də, xüsusilə də Şərqi Avropa və MDB ölkələrində müxtəlif İGM sxemləri və yanaşmalarının araşdırılması, Azərbaycanda hazırkı vəziyyətin öyrənilməsi, habelə optimal və tətbiq olunma baxımından ən yaxşı İGM sxemini barədə təkliflərin verilməsi daxildir.

“ACE Group Consultants” MMC müvafiq norma və standartlara riayət edərək işləri bizim məmnun edən keyfiyyətdə həyata keçirmişdir. “ACE Group Consultants” MMC-nin potensialı tapşırıqların yerinə yetirilməsi üçün kifayət qədər yüksəkdir.

Zakir Ibrahimov,
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin Sədri

 

BN Ingenieure GmbH

2015-ci ilin aprel ayından etibarən ACE Asiya İnkişaf Bankının Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Kiçik Qafqaz İqtisadi Zonasında TA 8670 “Vasitəçi Şəhərlər üçün Bərk Məişət Tullantılarının İdarə olunması” layihəsində BN Ingenieure GmbH-in tərəfdaş şirkətidir.

Bizim müxtəlif sahəni təmsil edən 18 ekspertdən ibarət komandamız üçün layihənin texniki, institusional, hüquqi və maliyyə sahəsində yerli bilik və təcrübələri də əlavə etmək məqsədilə ACE müxtəlif sahədən olan dörd yerli ekspert təmin etmişdir. Bununla yanaşı, ACE ölkə üzrə müxtəlif təyinat regionlarında layihə qrupu üçün inzibati və logistik dəstəyi təmin edir. ACE bir sıra dövlət qurumları ilə yaxşı əlaqələrə malik olmaqla, layihə regionlarında layihə ilə əlaqədar qurumlarla əlaqələləri asanlıqla təmin edir ki, bu da layihə üçün böyük üstünlükdür.

ACE tərəfindən diqqətlə və təyinata uyğun qaydada seçilmiş yerli ekspertlər layihə qrupunu layihə çərçivəsində tələb olunan düzgün şəxslər və biliklərlə təmin etmişdir.   

Sonda, biz ACE-I güclü və etibarlı tərəfdaş olaraq tövsiyə edərdik. Layihənin icrası müddətində onun fəaliyyəti göstərdi ki, ACE bənzər layihələr üzrə iş aparan istənilən komanda və ya şirkət üçün müsbət əlavə dəyər yarada bilər.

Holger H. Holst
İdarəedici direktor
BN Ingenieure GmbH