XƏBƏRLƏR

Avropa Mərkəzi Bankı: Enerji daşıyıcılarının qiymətlərində sabitləşmə olacaq

YANVAR 24, 2022

2022-ci ildə enerji daşıyıcılarının qiymətlərində sabitləşmə olacaq, nəticədə Avrozonadakı inflyasiya tədricən azalacaq.

“Report” xəbər verir ki, bu fikirləri Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard “Davos gündəliyi” adlı onlayn müzakirələrində irəli sürüb.

Qurum rəhbərinin qənaətincə, hazırda inflyasiyanın nəzarətdən çıxa biləcəyinə dair hər hansı əlamət görülmür. Həmçinin o, inflasiya və ÜDM-lə bağlı mart ayında açıqlanacağı gözlənilən yeni proqnozlara da toxunub: “Yeni proqnozlar başqa cür ola bilər, belədə ilk mərhələdə yol xəritəsinə baxmalı olacağıq”.

Qeyd edək ki, AMB-nin dekabr ayında açıqlanan proqnozlarına görə, Avrozonada ÜDM 2021-ci ildə 5,1 faiz, 2022-ci ildə 4,2 faiz, 2023-cü ildə 2,9 faiz, 2024-cü ildə də 1,6 faiz artmalıdır.

https://report.az/energetika/ecb-enerji-dasiyicilarinin-qiymetlerinde-sabitlesme-olacaq/