XƏBƏRLƏR

Bolqarıstan şirkətləri bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

FEVRAL 04, 2022

Bolqarıstan şirkətləri bərpa olunan enerji, müasir və dayanıqlı enerji sektorunda yeni texnologiyaların hazırlanaraq tətbiqi vasitəsilə enerjinin səmərəsini artırmaq istiqamətində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Bunu “Report”a müsahibəsində Bolqarıstan energetika naziri Aleksandr Nikolov bildirib.

“Fotoelektrik layihələr sahəsində lider mövqeyinə malik Bolqarıstan şirkətləri Avropa İttifaqında, bütün dünyada uğurla fəaliyyət göstərir. İnanıram ki, bu istiqamətdə də Azərbaycan tərəfilə səmərəli əməkdaşlıq edə bilərik”, – deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, Bolqarıstan həmçinin Günəş enerjisi və su hövzələrinin, bioloji ehtiyatlarının səmərəli istifadəsi, o cümlədən bioloji xammal və bioqaz kimi sahələrdə, habelə tullantıların idarəçiliyi və yox edilməsi, qapalı dövriyyəli istehsalatın tətbiqi kimi sahələrdə təcrübə mübadiləsi, layihələrin icrası üçün açıqdır.

https://report.az/energetika/bolqaristan-sirketleri-berpa-olunan-enerji-sahesinde-azerbaycanla-emekdasliqda-maraqlidir/