Bu il Avropa İttifaqı (Aİ) ərazisində qazın qiyməti yüksək qalacaq. Qiymətlər 2023-cü ilin yazında düşə bilər. Bu barədə Avropa Komissiyasının (AK) qış iqtisadi proqnozunda deyilir.
“Fyuçers müqavilələri əvvəlki kimi qışdan sonra yüksək qiymətlərdən geri çəkilmə tendensiyasına işarə edir. Lakin 2022-ci ildə qiymətlər payızda gözləniləndən yuxarı qalmaqda davam edəcək və yalnız 2023-cü ilin yazırda əhəmiyyətli dərəcədə aşağı düşəcək”, - sənəddə deyilir.
Qeyd edək ki, hazırda Avropada qaz fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 885-910 ABŞ dolları diapazonunda dəyişir.
https://report.az/energetika/avropa-komissiyasi-2022-ci-ilde-avropada-qazin-qiymeti-yuksek-qalacaq/