XƏBƏRLƏR

ABŞ səfiri: “Azərbaycan enerji resurslarının etibarlı tədarükçüsüdür”

FEVRAL 16, 2022

“ABŞ Azərbaycanı qaz tədarükçüsü kimi, həmçinin onun Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolunu yüksək qiymətləndirir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, Azərbaycan enerji resurslarının etibarlı tədarükçüsü olduğunu göstərib.

Səfir fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının keçirildiyini və bu tədbirdə iştirak etdiyini xatırladıb.

https://report.az/energetika/abs-sefiri-azerbaycan-enerji-resurslarinin-etibarli-tedarukcusudur/