"Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı yeni qanun layihəsi hazırlanıb”. Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov bildirib.
O, bu barədə Bakıda rəhbərlik etdiyi qurumun, eləcə də Milli Məclisin və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda danışıb.
“Ölkə prezidentinin KOBİA-nın fəaliyyətinin təmin edilməsi ilə bağlı fərmanında belə bir tapşırıq var idi ki, qısa müddətdə sahibkarlığın inkişafı ilə bağlı yeni qanun layihəsi hazırlansın. Hazırda həmin sənəd hökumətdə razılaşdırma mərhələsindədir. Qanunun parlamentdə ictimai dinləməsini təşkil etmişik. Sənəd çoxsaxəli olduğu üçün, digər əlaqədar sənədlərlə bağlı olduğu üçün çoxsaylı razılaşdırma prosedurundan keçməlidir”, - deyə o, qeyd edib.
https://report.az/biznes-xeberleri/kobia-sahibkarligin-inkisafi-ile-bagli-yeni-qanun-layihesi-hazirlanib/