XƏBƏRLƏR

Azərbaycanda elektrik enerjisinin aktiv istehlakçısı anlayışı dəyişib

FEVRAL 21, 2022

Nazirlər Kabineti 27 avqust 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişiklik edib.

Qərara əsasən, bundan sonra elektrik enerjisinin aktiv istehlakçısı enerji istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddinədək elektrik enerjisi istehsal edən hüquqi və yaxud fiziki şəxs sayılacaq.

İndiyə qədər bu kateqoriyaya elektrik enerjisini istehsal və eyni zamanda istehlak edən ənənəvi, alternativ və bərpa olunan elektrik enerjisi istehsalçısı aid edilirdi.

Bundan başqa, qərara əsasən, “Aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçıların sayğaclarla təchiz edilməsi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

https://nk.gov.az/az/document/5941/