XƏBƏRLƏR

“Nebras Power” Laçın və Kəlbəcərdə külək elektrik stansiyaları tikə bilər

FEVRAL 21, 2022

Azərbaycan və “Nebras Power” şirkəti arasında Laçın və Kəlbəcər rayonları ərazisində 100 MVt-lıq gücdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

“Report”un məlumatına görə, Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirlərində iştirak etmək üçün Qətərdə səfərdə olan energetika naziri Pərviz Şahbazov “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Məhəmməd Jolo ilə görüşüb.

"İişğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan bərpa olunan enerji layihələri və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlara dair fikir mübadiləsi aparılıb. “Nebras Power” şirkəti ilə birgə planların Qətərlə enerji əməkdaşlığının inkişafı və enerji sektoruna investisiyaların cəlbi üçün fürsətlər yaratdığı qeyd edilib", - məlumatda deyilir.

Görüşdə həmçinin qoyuluş gücü 550 MVt-adək olan qaz-turbin stansiyasının tikintisi layihəsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

https://report.az/energetika/nebras-power-lacin-ve-kelbecerde-kulek-elektrik-stansiyalari-tike-biler/