XƏBƏRLƏR

Avropa İttifaqı Rusiyadan enerji daşıyıcılarının idxalını dayandıra bilər

MART 05, 2022

Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişə ilə əlaqədar olaraq Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılmasını istisna etmir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunun Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel deyib.

Onun sözlərinə görə, bütün variantlar nəzərdən keçirilir: “Siz gördünüz ki, bütün sanksiyalar masanın üstündə idi. Heç kimin gəbul olunacağını gözləmədiyi tədbirlər qəbul edildi. Biz artıq Rusiya iqitsadiyyatına güclü zərər vuracaq buna kimi görülməmiş maliyyə, siyasi və iqitsadi sanksiyaları qəbul etdik. Biz Ukraynanın müdafiə hüququnu dəstəkləyirik”

J.Borel Aİ-nin Rusiyadan karbohidrigen və qaz tədarükünün dayandırılması perspektivi haqqında suala cavab olaraq deyib.

https://report.az/energetika/avropa-ittifaqi-rusiyadan-enerji-dasiyicilarinin-idxalini-dayandira-biler/