Avropa birjasında qazın qiyməti tarixi rekordunu yeniləyərək 1000 kubmetr üçün 3600 ABŞ dollarını ötüb, bunu Londondakı ICE birjasının məlumatları göstərir.
Ümumilikdə, qazın qiyməti ticarət başlayandan bəri 67%-dən çox artıb. Niderlandın TTF habında aprel fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 3639,1 ABŞ dollarına və ya 1 MVt/saat üçün 322 avroya (cari avro/dollar məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur) yüksəlib.
Qeyd edək ki, bundan öncəki son ticarət günü olan ötən həftənin cümə günündə qaz 1000 kubmetr üçün 2300 ABŞ dolları səviyyəsində satılırdı.
https://report.az/energetika/avropa-birjasinda-tebii-qazin-qiymeti-tarixi-rekordu-yenileyib/