“Gürcüstanın elektrik enerjisi idxal etdiyi iki əsas mənbə Rusiya və Azərbaycandır. Rusiyadan biz təxminən 1,2 giqavat/saat, Azərbaycandan isə təqribən 600 meqavat/saat elektrik enerjisi tədarük edirik. Ermənistandan da idxal həyata keçiririk”.
Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili deyib. Onun sözlərinə görə, Gürcüstan elektrik enerjisinə olan tələbatının 10-14 %-ni idxalın hesabına ödəyir.
Nazir hazırda ölkənin elektik enerjisi ilə təminatında problemin olmadığını qeyd edib: “Qış aylarında idxal əsasən artır, yaz-yay aylarında isə elektrik enerjisnin yerli istehsalının artıq hissəsi qalır. Gürcüstanda yerli istehsalın artımı gözlənilir və buna görə də yaxın aylarda idxaldan asılılığımız azalacaq”.
https://report.az/energetika/nazir-azerbaycan-gurcustanin-2-ci-esas-elektrik-enerjisi-tedarukcusudur/