XƏBƏRLƏR

Bakıda fəaliyyət göstərən şirkətlər EU4Environment seminarı sayəsində öz biznesləri üçün iqtisadi və ekoloji həllər tapırlar

MART 16, 2022

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment Action çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) Bakıdan olan Azərbaycan şirkətləri üçün Biznes Ətraf Mühit Həlləri mövzusunda seminar keçirir.

17 mart 2022-ci il tarixində saat 14:00-dan 18:00-dək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) inzibati binasında baş tutacaq seminar maraqlanan şirkətləri, tədqiqatçıları, ekologiya və ya enerji mütəxəssislərini Resursların Səmərəliliyi və Təmiz İstehsal (RSDTİ) üzrə bir araya gətirəcəkdir.

Konkret olaraq, Bakıda fəaliyyət göstərən müəssisələr UNIDO tərəfindən hazırlanmış RSDTİ metodologiyasını tətbiq etməklə öz iqtisadi inkişaflarını sürətləndirmək və ekoloji təhlükəsizliyini gücləndirmək yollarını öyrənmək imkanı əldə edəcəklər.

Beləliklə, seminar kiçik və orta sahibkarlıq subyektlərinə (KOB) öz biznesləri üçün ən sərfəli iqtisadi və ekoloji həlləri müəyyən etmək və Azərbaycanda RSDTİ Klublarına üzv olmaqda fayda və imkanları aşkar etmək üçün dəstək verəcək. RSDTİ Klubunun əsas ideyası eyni bölgədən olan 10-a qədər KOM-u bir araya gətirmək və təxminən 4-6 ay müddətində kouçinq proqramı vasitəsilə fərdiləşdirilmiş RSDTİ Fəaliyyət Planını hazırlamaqdır. Sonda iştirakçı şirkətlər resurslara, enerjiyə və materiallara qənaət etmək, eyni zamanda artıq xərcləmənin qarşısını almaq, emissiyaları azaltmaq, tullantıların və ətraf mühitə çirkləndirici atqıların məhdudlaşdırılması ilə bağlı öz potensiallarını aydınlaşdıracaqlar.

Bu fəaliyyətdən əldə edilən təcrübə (enerjiyə qənaət və ətraf mühitin mühafizəsi) “Azərbaycan 2030 sosial-iqtisadi inkişaf və yaşıl inkişaf planları”nda müəyyən edilmiş milli öhdəliklərə tam uyğundur və təmiz ətraf mühitin inkişafına və ətraf mühitin mühafizəsinə və həmçinin resurs məhsuldarlığı və ətraf mühit performansının artırılmasına gətirib çıxaracaqdır.

Seminar təxminən 30 nəfəri, ilk növbədə, RECP Club üzvü şirkətlərdə istehsalın idarə edilməsi, texniki xidmət, keyfiyyətə nəzarət, ətraf mühitin idarə edilməsi və s. ilə məşğul olan şirkət nümayəndələrini (hər şirkətə 2 nəfər) və həmçinin ev sahibl təşkilatı - Davamlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin nümayəndələrini bir araya gətirəcəkdir. Şirkətlərin nümayəndələri UNIDO RSDTİ özünüqiymətləndirmə Metodologiyası ilə tanış olacaqlar ki, bu da onlara öz şirkətlərində RSDTİ tədbirlərini müəyyən etməyə imkan verəcəkdir. Azərbaycanda iki RSDTİ klubu Bakıda və Gəncədə təşkil olunub. Bakıda keçirilən seminar 13 dekabr 2021-ci il tarixində Gəncə şəhərində yerləşən KOM-lar üçün keçirilən ilk təqdimat sessiyasından sonra keçirilir.

Bu fəaliyyət UNIDO-nun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə strateji tərəfdaşlığı çərçivəsində həyata keçirilir. İcra dəstəyi Milli İcra Tərəfdaşı - ACE Group Consultants tərəfindən təmin edilir.

Seminarın keçirilmə yeri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 ünvanında yerləşən inzibati binasıdır. Əlavə məlumat üçün Gündəliyə baxın və/yaxud İlkin_wto@yahoo.com  email vasitəsilə RSDTİ Klub Əlaqələndiricisi cənab İlkin Əliyevlə əlaqə saxlayın.