“Gürcüstanın Rusiyadan təbii qaz idxalından yüksək asılılığı yoxdur, tələbatımızın 90 %-dən çoxunu Azərbaycan təmin edir. Bizim başqa mənbəmiz yoxdur”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının sədri David Narmania deyib.
Onun sözlərinə görə, illərdir Rusiyadan qaz tədarükü 10 %-i üstələmir: “2021-ci ildə bu göstərici 15 % təşkil edib ki, bu da fevral-mart aylarında Azərbaycanda qaz kəmərində baş vermiş qəza səbəbindən olub. Qəzanın nəticələri aradan qaldırılandan sonra göstərici əvvəlki səviyyəyə qayıtdı”.
Builki proqnoza əsasən, Gürcüstan 2 milyard 695 milyon kub metr həcmində təbii qaz idxal etməyi planlaşdırır. Bu həcmin 2 milyard 514 milyon kub metri və yaxud 93,28 %-i Azərbaycanın payına düşəcək. Rusiyadan tədarük olunacaq qazın həcmi isə 200 milyon kub metr təşkil edəcək.
https://report.az/energetika/azerbaycan-gurcustanin-rusiya-qazindan-asililigini-10-azaldib/