XƏBƏRLƏR

Bu il Azərbaycanda elektrik enerjisi istehsalı 4 % artıb

APREL 10, 2022

Bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisi istehsalı 3,9 % (269,2 milyon kilovat/saat) artaraq 7 milyard 194,2 milyon kilovat/saata çatıb.

2022-ci ilin birinci rübü üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, mart ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 307,2 milyon kilovat/saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 57,1 milyon kilovat/saat, yaxud 2,4 % azalması deməkdir.

Hesabat dövründə ötən ilin ilk 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 245,7 milyon kilovat/saat artaraq 6 milyard 849,7 milyon kilovat/saat, Su Elektrik Stansiyalarında (SES) 17,2 milyon kilovat/saat artaraq 253,3 milyon kilovat/saat, digər mənbələr (külək və günəş elektrik stansiyaları, BMTYZ) üzrə isə 6,3 milyon kilovat/saat artaraq 91,2 milyon kilovat/saat olub. Külək elektrik stansiyalarında 23,3 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 12,5 milyon kilovat/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 55,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 532,7 milyon kilovat/saat (İES-lərdə 6 milyard 293,1 milyon kilovat/saat, SES-lərdə 239,6 milyon kilovat/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,56 milyon kilovat/saat (İES-lərdə 58,2 milyon kilovat/saat, SES-lərdə 11,7 milyon kilovat/saat, GES-də 11,6 milyon kilovat/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,1 milyon kilovat/saat, müstəqil elektrik stansiyaları üzrə 565,84 milyon kilovat/saat təşkil edib.

https://report.az/energetika/perviz-sahbazov-bu-il-azerbaycanda-elektrik-enerjisi-istehsali-4-artib/