XƏBƏRLƏR

Yaşayış evlərində və binalarda elektrik sayğaclarının quraşdırılacağı yerlər müəyyənləşib

APREL 17, 2022

Yaşayış evlərində elektrik sayğacları hasarın xaricində, binalarda isə mənzillərin girişində quraşdırılacaq.

Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə qaydanın 7.10-cu bəndi yeni redaksiyada verilib:

Yeni redaksiyaya görə, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.

https://report.az/energetika/yasayis-evlerinde-ve-binalarda-elektrik-saygaclarinin-qurasdirilacagi-yerler-mueyyenlesib/