Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Qırğızıstanda bərpaolunan enerji mənbələrindən 1 GVt elektrik enerjisi almaq üçün həmin sahəyə investisiya yatırmağı planlaşdırır.
“Report”un şirkətin rəsmi məlumatlarına istinadən verdiyi xəbərə görə, ötən həftənin cümə günü Qırğızıstan Energetika Nazirliyi ilə “Masdar” arasında bununla bağlı anlaşma memorandumu imzalanıb.
“Masdar”ın potensial sərmayələri Qırğızıstanı 2030-cu ilə qədər karbon qazı emissiyalarını 44 % azaltmaq və 2050-ci ilə qədər karbon neytrallaşdırmaq məqsədinə nail olmaqda dəstəkləyəcəyi gözlənilir. Mərkəzi Asiya ölkəsi artıq enerjisinin təxminən 90 %-ni təmiz enerji mənbələrindən alır, əsas hissəsi köhnəlmiş su elektrik stansiyalarından gəlir.
“Masdar”ın 40 ölkədə ümumi dəyəri 20 milyard ABŞ dollarından (18,5 milyard avro) çox olan bərpa olunan enerji investisiyaları var. Bu barədə şirkətin 2021-ci il davamlılıq hesabatında göstərilir. Onun sərmayə qoyduğu layihələr, o cümlədən quraşdırılmış və yarımçıq işlənmə gücü, 15 GVt-ı ötüb.
Qeyd edək ki, ötən ay Azərbaycanda 230 MVt gücündə “Qaradağ” günəş elektrik stansiyasının (GES) təməli qoyulub. 18 ay ərzində həyata keçirəcəyi layihənin ümumi dəyəri 225 milyon ABŞ dollarıdır.
https://report.az/energetika/azerbaycanda-ges-tiken-bee-sirketi-qirgizistana-investisiya-qoymaga-hazirlasir/