XƏBƏRLƏR

Qarabağın enerji mənbəyi – “Xudafərin” və “Qız qalası”

APREL 19, 2022

İşğaldan azad edilən Cəbrayıl rayonunda yerləşən “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikinti işləri yekunlaşmaq üzrədir.

“Report”un məlumatına görə, aprelin 16-da Azərbaycan Energetika Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi işğaldan azad edilən Cəbrayıl rayonuna səfər ediblər. Səfərin əsas məqsədi də jurnalistləri Azərbaycan və İran İslam Respublikası arasında imzalanmış sazişə əsasən “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikinti işlərinin gedişatı ilə danış etmək olub.

Xatırladaq ki, Araz çayı üzərində hidroqovşaq və SES-lərin tikintisinə 1992-ci ildə başlanılıb. Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal etdikdən sonra tikinti işləri dayanıb və yalnız 2016-cı ildə İranla əldə olunmuş razılığa əsasən bərpa edilib. Yeni sazişdə tikintinin davam etdirilməsi ilə yanaşı su ehtiyatlarından və elektrik enerjisindən birgə istifadə də öz əksini tapıb. Həmçinin, sazişdə “Xudafərin” körpüsünün birgə mühafizəsi də öz əksini tapıb.

https://report.az/energetika/qarabagin-enerji-menbeyi-xudafein-ve-qiz-qalasi-fotolar/