Mayın 17-də Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçiriləcək.
Tədbirin təşkilatçıları Aİ-nın Azərbaycandakı nümayəndəliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya Ticarət Palatası, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Biznes forumu Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında səmərəli əməkdaşlığın qurulması məqsədi daşıyır.
https://report.az/biznes-xeberleri/azerbaycan-avropa-ittifaqi-biznes-forumu-kecirilecek/