Azərbaycanda “İstilik təchizatı haqqında” qanun layihəsi hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin imzaladığı istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında sərəncamında əksini tapıb.
Sərəncamla Nazirlər Kabinetinə 9 (doqquz) ay müddətində Energetika Nazirliyinin təklifləri əsasında “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
https://report.az/energetika/azerbaycanda-istilik-techizati-haqqinda-qanun-layihesi-hazirlanacaq/