XƏBƏRLƏR

PRESS-RELİZ - “Avropa İttifaqı Ətraf Mühit naminə” (EU4Environment) proqramı Azərbaycanda Milli Sənayenin yaşıllaşdırılmasında Gender Həssaslığı üzrə iki günlük təlim keçirir

MAY 18, 2022

Aİ tərəfindən maliyyələşdirilən EU4 Ətraf Mühit Fəaliyyəti çərçivəsində dəstəklənən gender əsaslandırma səylərinin bir hissəsi olaraq, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) Azərbaycanda layihə işçiləri, enerji və ətraf mühit üzrə peşəkarlar və digər əsas maraqlı tərəflər üçün gender həssaslığının artırılması üzrə onlayn təlim təşkil etmişdir. Fəaliyyət Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalın və Dairəvi İqtisadiyyatın tətbiqi üzrə işin bir hissəsidir. Oxşar təlim seminarları 2020 və 2021-ci illərdə digər ŞT ölkələrində artıq keçirilmişdir.

Qeyd etmək lazımdır ki, EU4Environment gender bərabərliyi ilə bağlı bu cür təlim sessiyalarını dəstəkləyir, çünki bu konsepsiya çoxdan Aİ-nin bir sıra EU4Digital, EU4Dialogue və EU4Integrity layihələrinə daxil edilmişdir. Bununla yanaşı, bu proqramı həyata keçirən bütün tərəfdaşlara təşəkkürümü bildirmək istəyirəm, belə ki, Aİ-nin dəstəklədiyi bütün layihələrdə olduğu kimi, gender bərabərliyi bir çox gündəiyin başında durur. Bu, Aİ-nin üçüncü Gender Fəaliyyət Planı 2020 (GAP III) ilə daha da gücləndirilmişdir - bu plana əsasən, bütün ölkə nümayəndəlikləri, o cümlədən Azərbaycan, sub-fəaliyyət planları hazırlayıblar. Nümunələr zorakılıq, səhiyyə məhsulu və qadınların sosial və iqtisadi cəhətdən gücləndirilməsi (o cümlədən, tədqiqat və akademiya sahəsində) üzrə müzakirələri özündə ehtiva edir. Bununla belə, ekoloji problemlər nümunələrdə mütləq əks olunmur. Bunun səbəbi ətraf mühitin xüsusi strategiyaya malik olmasıdır - burada iqlim dəyişikliyi və ətraf mühit arasında qarşılıqlı əlaqə qadınların qərar qəbuletmə prosesində rolunu artıra və iqtisadiyyatı yaşıllaşdırmaq üçün daha çox iştirakını təmin edə bilər. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq üzrə məsul əməkdaşı Məryəm Hacı-İsmayılova bildirib ki, əslində Azərbaycan hökumətinin qəbul etdiyi bütün strategiyalar ekoloji sahəyə toxunur.

Təlimin ilk günündə 30-dan çox iştirakçı iştirak etdi və mayın 12-də onlar gender həssaslığının artırılması təlimləri və biznesin müxtəlif layihələrində gender təsirini qiymətləndirmək və ya izləmək üçün vasitələrdən ibarət olan ikinci sessiyada davam edəcəklər. Təlimin birinci günü nəzəri aspektlərə (gender stereotipləri, gender üzrə milli və beynəlxalq qanunlar, Azərbaycanda gender bərabərliyi və iqtisadi inkişafın yaşıllaşdırılmasında genderin rolu) diqqət yetirildiyi halda, ikinci gün iş yerində genderi təşviq etmək və əsas istiqamətləndirmək üçün praktiki məşğələlərlə məşğul olmaq və simulyasiya etmək üçün yeni imkanlar vəd edir.

Bu gün bizim qarşımızda UNIDO tərəfindən EU4Environment çərçivəsində həyata keçirilən Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) komponenti ilə də bağlı olan çox mühüm məsələ qoyulmuşdur. Biz çoxşaxəli və çoxfunksiyalı komponentin astanasındayıq, bunun üçün Ekologiya Nazirliyi ilə Avropa İttifaqı (Aİ) arasında sıx əməkdaşlıq mövcuddur. Bu çərçivədə biz digər beynəlxalq tərəfdaşlarla da işləyirik və bütün bu prioritet sahələr üçün gender məsələsini əsas göstərici hesab edirik. Təsadüfi deyil ki, gender bərabərliyinin bu komponenti də bütün müvafiq gündəliyə (xüsusən BMT 2030) daxil edilmişdir. Bu təlim daha yaşıl qərarların qəbul edilməsinə, yaşıl həllərin tapılmasına və iqtisadi inkişafa yol açmağa böyük töhfə verəcək, deyə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Aysel xanım Rzayeva bildirib.

Gender bərabərliyi UNIDO-nun mandatının mərkəzində durur, çünki davamlı sənaye istehsalı və inkişaf kişilər və qadınlar arasında sosial və iqtisadi bərabərsizliklərin aradan qaldırılmasından asılıdır. Gender bərabərliyi qadın və kişilərə bərabər imkanlar yaratmaqdan ibarətdir ki, onlar iqtisadi, siyasi, sosial və mədəni baxımdan bərabər töhfə vermək iqtidarında osunlar və heç kimin cinsinə görə öz potensialını tam şəkildə həyata keçirməsinə mane olunmasın.

Aydındır ki, iqtisadiyyatın davamlı inkişafı üçün gender bərabərliyi ilə sənayenin tərəqqisi arasında birbaşa əlaqə mövcuddur. Kişi və qadın arasında stereotiplərin aradan qaldırılması və bərabər imkanların təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Ötən illərdə resurslara çıxış genişlənib və müasir dünyanın tələblərinə cavab vermək üçün qadınlar üçün sahibkarlıq imkanlarının artırılmasına və gender bərabərliyinin təşviqinə ehtiyac vardır. Bundan əlavə, resurs səmərəliliyi və Dairəvi İqtisadiyyat kimi mövzular gender məsələsinin səylərinin təkmilləşdirilməsinə böyük maraq yaradır,  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Nərmin Ələsgərova dedi.

Şərq Tərəfdaşlığı Ölkələri (ŞT) ölkələrində bu prosesi dəstəkləmək üçün təlim əsas layihə heyətinə (milli icraçı agentliklərin nümayəndələri) və müxtəlif layihə və ya təşəbbüslərin uğuru üçün kritik əhəmiyyət kəsb edən maraqlı tərəflərə yönəlik gender biliklərinin və həssaslığın inkişafına diqqət yetirir. 2020-2021-ci illərdən etibarən seminar artıq UNIDO-nun milli icraçı tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində Ermənistan, Belarus, Gürcüstan və Ukraynada keçirilib. 2022-ci ilin yazında təlimlər seriyasının daha iki ŞT üzvü olan Azərbaycan və Moldova üçün keçirilməsi planlaşdırılır. Məzmun (xüsusən də milli qanunvericilik bazası və ölkəyə əsaslanan statistika baxımından), nümunələr və məlumatların hamısı Azərbaycanın xüsusi kontekstinə uyğunlaşdırılmışdır.

EU4Environment Təşəbbüsü haqqında
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment Action Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukraynaya öz təbii kapitallarını qorumaq və daha yaxşı istifadə etmək, insanların ekoloji rifahını artırmaq və yeni inkişaf imkanlarını dərk etmək üçün dəstək olmaq məqsədi daşıyır. Bütün altı ölkə üçün təxminən 20 milyon avro büdcə ilə EU4Environment beş beynəlxalq tərəfdaşın dəstəyi ilə həyata keçirilir: OECD, UNIDO, UNEP, UNECE və Dünya Bankı Qrupu.
Ətraflı məlumat: www.eu4environment.org 
Azərbaycanda RSDTİ haqqında ətraflı məlumat: www.recp.aceconsultants.az/az 

Əlaqə:
Tatyana Çernyavskaya
EU4 Ətraf Mühit Layihə Meneceri
Ətraf Mühit və Enerji Müdirliyi
Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO)
e-poçt: T.CHERNYAVSKAYA@unido.org