XƏBƏRLƏR

Beynəlxalq Maliyyə Korporasiyası Xəzərdə külək enerjisi ilə bağlı yol xəritəsi hazırlayıb

MAY 30, 2022

Azərbaycan Energetika Nazirliyinin Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə birlikdə Xəzər dənizində külək enerjisi potensialdan səmərəli istifadə istiqamətində yol xəritəsi artıq işlənib hazırlanıb.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən bildirilib. Məlumata görə Dünya Bankı tərəfindən aparılmış təhlillərə əsasən Xəzərin texniki potensialı 157 gigavatdır, bu isə ölkədə olan cari qoyuluş gücündən dəfələrlə çox hesab olunur.

Bildirib ki, eyni zamanda "ACWA Power" və "Masdar" şirkətləri ilə ayrı-ayrılıqda anlaşma memorandumu imzalanıb, artıq müvafiq təhlillərin aparılması işləri həyata keçirilir. Hazırda hansı ərazilərdə turbinlər quraşdırıla bilər və istehsal oluna biləcək elektrik enerjisi şəbəkəyə hansı yollarla inteqrasiya ediləcək, ixrac potensialı və s. bu kimi məsələlər araşdırılır. Həmçinin  "yaşıl" hidrogen istehsalı və onun ixracı imkanları da təhlil edilir.

https://report.az/energetika/ifc-xezerde-kulek-enerjisi-ile-bagli-yol-xeritesi-hazirlayib/