Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə fəaliyyətini genişləndirmək niyyətindədir.
Bunu “Masdar" şirkətinin Mərkəzi Asiya və Rusiya üzrə İnkişaf və investisiya departamentinin rəhbəri Abdulla Zayed Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji üzrə böyük potensial var: "Bu imkanların davamlı olmasını istəyirik. Azərbaycanda bərpa olunan enerji üzrə böyük potensial var və bunu inkişaf etdirmək lazımdır. Azərbaycanı bərpa olunan enerji mənbələri üzrə region mərkəzi kimi görürük. Külək, günəş enerjisindən istifadə ilə bağlı layihələrin daha da inkişaf etdirmək istəyirik”.
A.Zayed bildirib ki, Qaradağda inşa edilən 240 MVt gücündə günəş elektrik stansiyası növbəti ilin sonuna qədər tamamlanacaq və istifadəyə veriləcək: “Bununla da ölkədə 110 min evi enerji ilə təmin edəcəyik. Bu, struktur, maştabı baxımından ilk böyük layihə olacaq".
https://report.az/energetika/masdar-azerbaycanda-berpa-olunan-enerji-sahesinde-fealiyyetini-genislendirmek-isteyir/