XƏBƏRLƏR

Azərbaycan “yaşıl enerji”yə keçid üzrə böyük layihələr həyata keçirir

İYUN 02, 2022

BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda bildirib ki, “Azərbaycanın enerji infrastrukturu inkişaf edir, neft-qaz resurslarının hasilatı daimi xarakter daşıyır, bununla belə, ölkə “yaşıl enerji”yə keçid üzrə böyük layihələr həyata keçirir”.

 “İlk növbədə, dünya əhalisinin ehtiyac duyduğu enerji haqqında danışmaq lazımdır. Bunu təmin etmək üçün enerji nəqlinə çıxış (access of supply of energy) olmalıdır. Bunun üçün böyük investisiyalar və qaz nəqli sistemləri tələb olunur. Qaz tədarükünün qiymətini də tənzimləmək lazımdır.

İkinci ən vacib məsələ tədarükün etibarlığının və təhlükəsizliyinin təmin edilməsidir. Bizim üçün bu, ilk növbədə, tədarükün şaxələndirilməsidir. Beynəlxalq şirkət olaraq istehlakçılar üçün çoxsaylı enerji növlərini, o cümlədən neft və qaz hasil etməli və bunu inkişaf etdirməliyik. Yaxın 10 il üçün investisiyalarımızın çoxu neft və qaz hasilatına yönəlib, lakin günəş və hidrogen enerjisinin istehsalına da investisiya ayıracağıq”, - o deyib.

https://report.az/energetika/qordon-birrel-azerbaycan-yasil-enerji-ye-kecid-uzre-boyuk-layiheler-heyata-kecirir/