XƏBƏRLƏR

Azərbaycanda elektrik enerjisi istehsalı mayda 1,2 % artıb

İYUN 19, 2022

Bu ilin may ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 004 milyon kVt/saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,9 milyon kVt/saat, yaxud 1,2 % artması deməkdir.

Energetika Nazirliyinin məlumatına görə, may ayında elektrik enerjisinin idxalı 19,8 milyon kVt/saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 milyon kVt/saat azalıb, ixrac isə 19,9 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 4 milyon kVt/saat artıb.

Ümumilikdə bu ilin yanvar-may aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 316,2 milyon kVt/saat, yəni 2,9 % artaraq 11 milyard 244,2 milyon kVt/saat olub.

Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 198,2 milyon kVt/saat artaraq 10 milyard 313,3 milyon kVt/saat, SES-lərdə 109,6 milyon kVt/saat artaraq 768,7 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 milyon kVt/saat artaraq 162,2 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 41,1 milyon kVt/saat, günəş elektrik stansiyalarında 24,4 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 96,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

5 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10 milyard 116,6 milyon kVt/saat (İES-lərdə 9 milyard 400,4 milyon kVt/saat, SES-lərdə 716,2 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 162,8 milyon kVt/saat (İES-lərdə 94,2 milyon kVt/saat, SES-lərdə 46,1 milyon kVt/saat, GES-də 22,5 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,2 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 937,6 milyon kVt/saat təşkil edib.

Bu ilin yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 538,4 milyon kVt/saat, idxalı isə 60,5 milyon kVt/saat olub.

https://report.az/energetika/azerbaycanda-elektrik-enerjisi-istehsali-mayda-1-2-artib/