Litva Azərbaycanda “yaşıl” enerji sahəsində layihələr üzrə əməkdaşlıqda maraqlıdır. Bu barədə Litva Xarici İşlər Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Litva bərpa olunan enerji mənbələri, xüsusən də günəş enerjisi sektorunda böyük potensiala malikdir.
“Litva şirkətləri yüksək səmərəlilik və uzunmüddətliliyə əsaslanan yüksək keyfiyyətli günəş modulları təklif edə bilər. Litvada istehsal olunmuş ən böyük günəş modulları Litva prezidentinin Azərbaycana səfəri zamanı təqdim olunmuşdu. Biz həm də tullantıların təkrar emalı sektorunda imkanlarımızı nümayiş etdirdik”, - nazirlikdən deyiblər.
“Aİ Rusiyanın qazıntı yanacaq idxalından asılılığını aradan qaldırmaq üzərində işləyir və alternativ enerji tədarükçüləri ilə əməkdaşlığın möhkəmlənməsinə, tədarük mənbələrinin şaxələndirilməsinə, o cümlədən Azərbaycandan təbii qaz həcmlərinin nəqlinin artırılmasına maraq var”, - deyə bildirilib.
Əməkdaşlığın digər sahələrinə gəldikdə, Litva XİN bildirib ki, Azərbaycan Cənubi Qafqazda başlıca ticarət tərəfdaşlarından biridir.
“Litva, xüsusən innovasiya və yüksək texnologiyalar sektorlarında, o cümlədən İKT və bərpa olunan enerji mənbələri sahəsində, eləcə də kənd təsərrüfatı və qida sənayesi sahələrində əməkdaşlıq üçün imkanların axtarışında maraqlıdır”, - nazirlikdən deyiblər.
https://az.trend.az/business/energy/3611222.html