“Azərbaycan Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada yaranmış enerji böhranının aradan qaldırılmasında öz rolunu oynayacaq”.
Bunu “Report”a açıqlamasında Almaniyanın “Jebsen & Jessen” şirkətinin MDB ölkələri və Türkiyə üzrə satış direktoru Stefani Meyer-Sidov deyib.
“Müharibəyə görə başqa ölkələrin də Avropanın enerji təchizatına qoşulmaq imkanı var. Bildiyim qədər, Azərbaycanın Avropadadakı vəziyyəti yaxşılaşdırmağa kömək etməsi ilə bağlı artıq danışıqlar aparılır”.
O, Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensiala malik olduğunu da vurğulayıb: “Düşünürəm ki, ölkə iqtisadiyyatının köhnə neft-qaz iqtisadiyyatından yeni, yəni bərpa olunan enerji iqtisadiyyatına keçirilməsi planlaşdırır. Bu, Avropa ixracatçıları üçün çox vacibdir, çünki biz texnologiya ixrac edirik və Azərbaycanı yaxşı tərəfdaşımız kimi görmək istərdik”.
https://report.az/energetika/azerbaycan-avropada-enerji-bohraninin-aradan-qaldirilmasinda-istirak-edecek/