XƏBƏRLƏR

BVES: “Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində nəhəng potensiala malikdir”

İYUN 22, 2022

“Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində nəhəng potensiala malikdir”.

Bunu “Report”a Almaniyanın “German Energy Storage Association - BVES” şirkətinin icraçı direktoru Urban Vendelin bildirib.

“Hələlik Azərbaycan enerji keçidinin erkən mərhələsindədir, lakin ölkə bərpa olunan enerji mənbələri sahəsində nəhəng potensiala malikdir”, - o deyib.

O vurğulayıb ki, iyunun 21-i Bakıda keçirilmiş və “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumu görüşlər keçirmək və müvafiq müzakirələr aparmaq üçün əla imkandır. “Biz bir sıra şirkətlərlə müzakirələrə başlamışıq və ola bilər ki, bu, yeni əməkdaşlıqlar üçün başlanğıc nöqtəsidir”.

https://report.az/energetika/bves-azerbaycan-berpa-olunan-enerji-menbeleri-sahesinde-neheng-potensiala-malikdir/