XƏBƏRLƏR

“Uniper”: “Azərbaycan bərpa olunan enerji mənbələri baxımından nəhəng potensiala malikdir”

İYUN 22, 2022

“Uniper” şirkəti Azərbaycanı böyük gələcək vəd edən bərpa olunan enerji bazarı kimi nəzərdən keçirir”.

“Report” xəbər verir ki, bunu “Uniper” şirkətinin vitse-prezidenti Maykl Hilmer “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumunda bildirib.

“Azərbaycan bərpa olunan enerji mənbələri baxımından nəhəng potensiala malikdir”, - o deyib.

M.Hilmer 2013-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərdiklərini və SOCAR şirkəti ilə əməkdaşlıq etdiklərini nəzərə çatdırıb.

Xatırladaq ki, SOCAR və “Uniper” şirkətləri 2015-ci ildə sənaye səmərəliliyi sahəsində birgə müəssisə yaradıb. Birgə müəssisə SOCAR-ın Sumqayıt şəhərində yerləşən “Azərikimya” kompleksində elektrik və buxar istehsal edən qurğuların səmərəliliyini artırmaqla əlavə dəyər əldə edəcək.

“Uniper” və SOCAR şirkətləri bir çox digər istiqamətlər, o cümlədən texnologiya və enerji təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, menecment və sosial məsuliyyət sahəsində təlimlərin keçirilməsi üzrə əməkdaşlıq edir.

https://report.az/energetika/uniper-azerbaycan-berpa-olunan-enerji-menbeleri-baximindan-neheng-potensiala-malikdir/