XƏBƏRLƏR

IFC dənizdə külək enerjisinin inkişafında Azərbaycana dəstək verəcək

İYUN 24, 2022

“Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycana investisiya qoyuluşları 2023-cü maliyyə ilində arta bilər”.

Bunu “Report”a Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.

Onun sözlərinə görə, əsas diqqət iqtisadi dayanıqlılığın artırılmasına, bərpa olunan enerji sahələrinə, kapital bazarının inkişafına və s. ayrılacaq.

O, Azərbaycanın "Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi" haqqında danışıb, bu layihənin yeni həyata keçirildiyini və Azərbaycanın bərpa olunan enerji növlərinin bu seqmentini inkişaf etdirmək üçün çox böyük potensiala malik olduğunu vurğulayıb.

“Bu çox vaxt aparacaq, lakin IFC Azərbaycanı bu istiqamətdə dəstəkləmək niyyətindədir”, - İ.F.Duarte bildirib.

https://report.az/energetika/ifc-denizde-kulek-enerjisinin-inkisafinda-azerbaycana-destek-verecek/