Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin sədrliyi ilə hökumətin Ciddədəki Əl-Salam sarayında keçirilən bugünkü iclasında krallığın enerji nazirinə Azərbaycan hökuməti ilə enerji sahəsində sazişin layihəsi ilə bağlı danışıqlar aparmaq və yekun saziş imzalamaq səlahiyyəti verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi SPA agentliyinin iclasla bağlı xəbərində bildirilib.
Kral Salman bin Əbdüləzizin sədrliyi ilə keçirilən iclasda, həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Türkiyəyə səfəri haqqında məlumatı dinlənilib, krallıqla ABŞ, Avropa İttifaqı və ərəb dövlətləri arasında müxtəlif sahələrə dair imzalanacaq bir sıra sənədlərlə bağlı hökumətə səlahiyyət verilib.