“Avropa Rusiya təbii qazına alternativ mənbə axtardığı dövrdə, Türkiyə Azərbaycan vasitəsilə Türkmənistan “mavi yanacağı”nın ölkəyə nəqli ilə bağlı imkanlarının öyrənildiyini bəyan edib”. Bu barədə ABŞ-ın “Eurasianet” saytında dərc edilən məqalədə bildirilib.
Məqalədə qeyd olunub ki, bu məqsədlə hazırda yalnız Azərbaycan təbii qazının nəql edildiyi TANAP kəmərindən istifadə edilməsi nəzərdə tutulub.
Bildirilib ki, qoca qitədə enerji böhranı başlayandan bəri azərbaycanlı rəsmilər Avropanın Azərbaycandan təbii qaz ixracının artırılması ilə bağlı çağırışlarını açıq şəkildə dəstəkləyib.
https://report.az/region-xeberleri/eurasianet-turkiye-turkmenistan-qazinin-azerbaycan-vasitesile-neqli-imkanlarini-oyrenir/