Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Aşqabadda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi
Görüş zamanı tərəflər iqtisadi tərəfdaşlığın gedişatını müzakirə edib, onun ardıcıl və sistemli şəkildə inkişaf etdiyini bildiriblər. Enerji sektorunda ikitərəfli əməkdaşlığın qurulmasının, enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılması sxemlərinin şaxələndirilməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, Türkmənistan-Azərbaycan enerji əməkdaşlığında əlamətdar hadisə 2021-ci ilin yanvarında “Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağımım karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanması olub.
Bununla əlaqədar Türkmənistan tərəfi əməkdaşlığın bir neçə enerji sahəsi üzrə ikitərəfli məsləhətləşmələri davam etdirməyə hazır olduğunu bildirib.
https://report.az/energetika/turkmenistan-ve-azerbaycan-enerji-techizatinin-saxelendirilmesi-meselelerini-muzakire-edibler/