2022-ci ilin 18 mart tarixində biz 1 “prosesin arxasında” hekayəsi ilə işə başladıq və BlissGroup-dakı həmkarlarımızla birlikdə sizə #HowItsMade-i göstərdik.
Bliss Group MMC Sumqayıt şəhərindən matras istehsal edən müəssisədir.
Matraslara hər evdə rast gəlmək olar, lakin onların istehsalının nə qədər mürəkkəb olduğunu çox az adam bilir. Bir neçə materialdan hazırlanmaqla proses məftillərin və komponentlərin daxildən yaylanması, ardınca matrasın əl ilə izolyasiyası və örtük vurulması icra olunur, sonra onun panellərə kəsilməsi, flansların əlavə edilməsi, ucların kəsilməsi və hərəkət edən tikiş maşını ilə tikişlərin vurulması yerinə yetirilir.
UNIDO və “EU4Environment Action" Proqramının Milli İcraçı Tərəfdaşının (ACE Group Consultants) RSDTİ ekspertləri şirkətə baş çəkərək, qeyri-səmərəli iş təcrübələrini qiymətləndirməyə və mövcud istehsalın ətraf mühitə mənfi təsirini azaltmağa kömək edəcək texniki, iqtisadi və ekoloji məlumat toplamışlar.
Bu prosesin sonunda şirkət öz fəaliyyətini və/və ya məhsullarını daha səmərəli, rəqabət davamlı və ətraf mühitə dost etmək üçün konkret RSDTİ tədbirlərinin həyata keçirilməsinə dair təklifləri özündə əks etdirən fəaliyyət planı əldə edəcəkdir.
RSDTİ – Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal səmərəliliyi artırmaq, riskləri və zərərləri azaltmaq üçün məhsullara, proseslərə və xidmətlərə qabaqlayıcı ekoloji strategiyaların davamlı tətbiqinə əsaslanan metodologiyadır.
EU4Environment: https://bit.ly/3LDrDu0
RECP in AZ: https://bit.ly/3JaTXlC