Bu ayın sonu Azərbaycanda Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) təşəbbüsünün Maraqlı Tərəflər Qrupunun üzvləri üçün mühüm görüşlə əlamətdar olacaqdır. Daha dəqiq desək, 28 iyul 2022-ci ildə, saat 10:00-16:00 (AZT) arasında RSDTİ Qrupu ölkədə yaşıl artım istiqamətində əldə olunan irəliləyişi və gələcək fəaliyyətləri müzakirə etmək üçün Bakıda yenidən bir araya gələcəkdir. Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” Təşəbbüsünün Nəticə 2 Komponenti olan “Dairəvi İqtisadiyyat və Artım İmkanları” çərçivəsində keçirilir. Bu komponent çərçivəsində qeyd olunan fəaliyyətlərə UNIDO-nun Kiçik və Orta Ölçülü İstehsal Müəssisələri (KOB) arasında Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) təcrübəsinin genişləndirilməsi və institusionallaşdırılması və sənaye tullantıları xəritələri vasitəsilə dairəvi dəyər zəncirlərinin yaradılmasını dəstəkləyə biləcək imkanların müəyyən edilməsinə yönəlmiş səylər daxildir. Bunlar öz növbəsində müəssisələr, hökumət və vətəndaş cəmiyyəti arasında
dairəvi iqtisadiyyatın faydaları haqqında məlumatlılığı artıracaqdır.
Azərbaycanda RSDTİ fəaliyyətlərinin 1-ci fazasının icrasını təmin etmək məqsədilə 2021-ci ilin may ayında UNIDO ACE Group Consultants MMC-nin rəhbərlik etdiyi şirkətlər konsorsiumundan ibarət Milli İcraçı Tərəfdaşla müqavilə bağlamışdır. Həmin tarixdən başlayaraq Azərbaycanda RSDTİ və Dairəvi İqtisadiyyatın həyata keçirilməsində müəyyən nailiyyətlər əldə edilmişdir. Bununla belə, layihənin gedişatında öz həllini gözləyən bəzi problemlər də var. RSDTİ Maraqlı Tərəflər Qrupu iclasının bu çətinlikləri müzakirə və dəf etmək, eləcə də ölkədə RSDTİ-nin daha da təşkilatlanması və genişlənməsi istiqamətində yeni imkanlar üzə çıxarmaq və KOM-ların resurs-səmərəli tədbirlərə investisiya qoyması və belə tədbirləri qəbul etməsi baxımdan platforma rolunu oynayacağı gözlənilir.
Bu iclas İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ("EU4Environment Təşəbbüsünün Milli Əlaqələndirici Mərkəzləri kimi), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi daxil olmaqla hökumət qurumlarının, o cümlədən şirkətlərin, müvafiq qurumların, assosiasiyaların, QHT-lərin, akademik dairələrin nümayəndələrindən ibarət RSDTİ Maraqlı Tərəflər Qrupunun üzvlərini bir araya toplayacaqdır. Qrupun toplantısına Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı və digər beynəlxalq təşkilatlar da dəvət olunub.
Gündəlik , Press release
https://recp.aceconsultants.az/az/news