XƏBƏRLƏR

Bu il elektrik enerjisinə tələbat 2%-dən çox arta bilər

İYUL 20, 2022

2022-ci ildə dünyada elektrik enerjisinə tələbat 2,4% arta bilər.  Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilir. 

Qurum hesab edir ki, artım perspektivlərinə ilin əvvəlində baş vermiş hadisələr təsir göstərib.

Hesabata görə, Ukraynada hərbi əməliyyatların başlaması və nəticədə enerji daşıyıcılarının bahalaşması kommunal xidmətlərin qiymətlərinin artmasında özünü göstərib. Bundan əlavə, yüksək inflyasiya templəri müxtəlif ölkələrin mərkəzi banklarını uçot dərəcələrini artırmağa məcbur edib.

BEA-nın proqnozuna əsasən, ən yüksək artım Asiya-Sakit okean regionunda (3,4%) və Afrikada (3,9%) qeydə alınacaq. ABŞ-da bu göstərici 2%-ə qədər, Avropada isə 1%-dən az olacaq.

https://report.az/energetika/bea-bu-il-elektrik-enerjisine-telebat-2-den-cox-arta-biler/