Almaniyada oktyabrın 1-dən etibarən elektrik enerjisi istehlakçılarından əlavə rüsum tutulacaq.
Bu barədə Almaniyanın İqtisadiyyat və İqlimin Mühafizəsi üzrə Nazirliyi açıqlayıb.
Məlumata görə, istehlakçılar əlavə rüsumu yarım il ərzində - 2024-cü ilin martınadək ödəyəcək. Rüsumun məbləği hələ məlum deyil. Məbləğ qaz idxalçılarının irəli sürəcəyi kompensasiya iddiasından asılı olacaq.
Bu qərar Rusiyadan qaz idxalının azaldılması ilə bağlı qəbul olunub.
https://report.az/energetika/almaniyada-eleketik-enerjisine-gore-elave-rusum-tetbiq-olunacaq/