XƏBƏRLƏR

Qazaxda Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə günəş enerjisi ilə işləyəcək suvarma qurğusu inşa edilib

İYUL 28, 2022

Qazax rayonunun Balaçaylı kəndində günəş enerjisi ilə işləyəcək suvarma qurğusu inşa edilib.

Sözügedən gurğu Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib.

54 ha əkin sahəsini və 22 ha meşə zolağlarının sulanması üçün nəzərdə tutulan bu suvarma qurğuları iyulun 27-də istismara verilib.

Layihədən ərazidə torpaq payı olan 500 nəfərə yaxın kənd sakini və fermerlər bəhrələnəcək.

https://report.az/ask/qazaxda-yaponiya-sefirliyinin-maliyye-desteyi-ile-suvarma-qurgusu-insa-edilib/