Türkiyənin ən hündür su elektrik stansiyasının tikintisi artıq başa çatıb.
TurkicWorld-a istinadən məlumata görə, təməli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2013-cü ilin fevral ayının 26-da Artvin şəhərinin Çoruh çayı üzərində atılan Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır.
5 milyon insanın elektrik enerji ehtiyacını ödəyə biləcək bu anbar, 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.
Onu da əlavə edək ki, anbarın aşağı axınında elektromexaniki və hidromexaniki işlər və çay yatağının düzülməsi işləri hələ də davam etdirilir.
https://az.trend.az/other/world/3632992.html