Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıq üzrə Baş Direktorluğu Tacikistanın enerji sektoruna dəstək proqramlarının həyata keçirilməsi üçün 10 milyon avro ayrılması barədə qərar qəbul edib.
Lyihə enerji sektorunda müvafiq institusional və tənzimləyici mühiti saxlamaqla Tacikistanda davamlı enerji mənbələrindən istifadəni təşviq edəcək.
Onlar həmçinin əlavə ediblər ki, ayrılan vəsait, xüsusən də Energetika və Su Ehtiyatları Nazirliyinin, “Barki Tojik” dövlət enerji şirkəti və Tacikistanın Antiinhisar Xidmətinin elektrik enerjisinin tənzimlənməsi departamentinin potensialının və səmərəliliyinin inkişafına kömək etməlidir.
Avropa Komissiyası əlavə edib ki, bütün bu tədbirlər kompleksi real tariflərin əks olunacağı ölkənin elektrik enerjisi bazarını daha şəffaf etməyə kömək edəcək. Öz növbəsində, bu qiymətlər regional elektrik enerjisi bazarına aid olan bütün müasir tələblərə cavab verən özəl sektor üçün cəlbedici olacaqdır.
https://report.az/energetika/avropa-komissiyasi-tacikistanin-enerji-sektoruna-destek-ucun-10-milyon-avro-ayiracaq/