XƏBƏRLƏR

Yaponiyanın TEPSCO şirkəti ilə ekoloji təmiz enerji istehsalının genişləndirilməsi müzakirə edilib

SENTYABR 08, 2022

Energetika naziri Pərviz Şahbazov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vadanın iştirakı ilə TEPSCO şirkətinin icraçı direktoru Hideo Kojimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Yaponiya şirkətlərinin ölkəmizdəki enerji layihələrində uğurlu iştirakı qeyd edilib, səmərəli işbirliyinin “yaşıl enerji” istiqamətində davam etdiyi bildirilib.

Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı, ekoloji təmiz texnologiyaların tətbiqinin genişləndirilməsi, günəş və külək enerjisi üzrə reallaşdırılacaq böyük güclərin ümumi elektroenergetika sisteminə inteqrasiyası və “yaşıl enerji” ixracına dair fikir mübadiləsi aparılıb. Enerji sisteminin təhlükəsizliyinin təmini kontekstində bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə təsirlərinin öyrənilməsi və qiymətləndirilməsi sahəsində Yaponiya təcrübəsindən bəhs edilib və bu təcrübənin Azərbaycanda tətbiqi imkanları müzakirə edilib.

https://report.az/energetika/azerbaycan-ve-yaponiya-ekoloji-temiz-enerji-istehsalinin-genislendirilmesini-muzakire-edib/