XƏBƏRLƏR

“Enerji & IV Sənaye İnqilabı” Hakatonunun açılışı olub

SENTYABR 09, 2022

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına əsasən bu gün “Enerji & IV Sənaye İnqilabı” Hakatonunun açılış mərasimi keçirilib.

Mərasimdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, şirkətin vitse prezidenti Zaur Qurbanov və İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev çıxış ediblər.

Hakaton layihəsinin məqsədi Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək verilməsidir.

https://report.az/energetika/enerji-iv-senaye-inqilabi-hakatonunun-acilisi-olub/