XƏBƏRLƏR

EBRD Gəncənin işıqlandırma sistemi ilə bağlı müqavilə imzalayacaq

SENTYABR 12, 2022

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Bassonun Azərbayacana səfər çərçivəsində Gəncənin işıqlandırma sisteminin müasirləşdirilməsinə dəstəklə bağlı müqavilə imzalanacaq.

Odil Reno-Basson müsahibəsində bildirib ki, "Gələn həftə baş tutacaq səfərim zamanı Gəncənin işıqlandırma sisteminin müasirləşdirilməsinə dəstəklə bağlı müqavilə imzalayacaq. Maliyyə və iqtisadiyyat nazirlərinə, Nazirlər Kabinetinin digər üzvlərinə və Gəncə rəhbərliyinə “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilən layihələrə davamlı dəstəyə görə təşəkkür etmək istərdik”.

Müsahibənin tam versiyası ilə keçid vasitəsilə tanış ola bilərsiniz.

https://report.az/energetika/ebdr-gencenin-isiqlandirma-sistemi-ile-bagli-muqavile-imzalayacaq/